Putin İlham Əliyevə məktub ünvanladı

Putin İlham Əliyevə məktub ünvanladı

Rusiya Prezidenti Vladimir Putin Yeni il münasibəti ilə azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AzerTimes xəbər verir ki, Rusiya dövlət başçısı cari ildə iki ölkə arasında münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldiyini, ikitərəfli ticarətin rekord sürətlə artdığını, nəqliyyat və humanitar sahələrdə, eləcə də regionlararası əməkdaşlığın dinamik şəkldə inkişaf etdiyini vurğulayıb.

Məktubda birgə səylərin dost xalqların mənafeyinə, Cənubi Qafqazda və Xəzər regionunda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə uyğun olaraq Rusiya-Azərbaycan münasibətlərinin bütün spektrinin daha da genişlənməsini təmin edəcəyinə əminlik ifadə olunub.

Teqlər: