Putindən Ərdoğana Yeni il təbriki

Putindən Ərdoğana Yeni il təbriki

Rusiya Prezidenti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşıdan gələn Yeni il münasibəti ilə təbrik edib.

AzerTimes xəbər verir ki, bununla bağlı Rusiya lideri türkiyəli həmkarına məktub göndərib.

Putin çətin beynəlxalq vəziyyətə baxmayaraq, Rusiya ilə Türkiyə arasında qarşılıqlı faydalı əlaqələrin çox dinamik inkişaf etdiyini vurğulayıb.

Rusiya rəhbəri bildirib ki, son bir ildə ikitərəfli əməkdaşlıq bir çox sahələrdə əhəmiyyətli dərəcədə genişlənib, uzunmüddətli regional enerji təhlükəsizliyinin təmin edilməsi, “Akkuyu” AES-in tikintisi və regional qazın yaradılması istiqamətində iri birgə layihələr uğurla həyata keçirilir. Rusiya lideri, həmçinin əmin olduğunu bildirib ki, ölkələr birgə hərəkət etməklə, xalqların rifahı, Avrasiya qitəsində sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi maraqları naminə Rusiya-Türkiyə əməkdaşlığının bütün spektrini daha da inkişaf etdirə biləcəklər.

Teqlər: