PUA-ların uğurlu istifadəsi Azərbaycanın qələbəsində həlledici amili oldu – Xarici KİV-lər

Bak. Trend:

Pilotsuz uçuş aparatlarının uğurlu istifadəsi Azərbaycanın
ikinci Qarabağ müharibəsində qələbəsinin həlledici amili oldu.

Trend-in
məlumatına görə, bu barədə ABŞ-ın “The Atlantic” jurnalında dərc
olunan məqalədə deyilir.

Müəllif yazır ki, Birinci Dünya müharibəsi tankların məhdud
istifadəsi, İkinci Dünya müharibəsi isə onların genişmiqyaslı
istifadəsi ilə yadda qalıb. 44 günlük Qarabağ müharibəsi isə digər
texniki yeniliklərin istifadəsi ilə yanaşı Azərbaycanın dronlardan
səmərəli istifadə ilə tarixə düşüb.

Eyni zamanda “The Washington Post” qəzetində dərc olunan digər
məqalədə qeyd olunur ki, pilotsuz uçuş aparatları bir çox
müharibələrdə dəfələrlə tətbiq olunub.

Müəllif qeyd edir ki, PUA-lar 2020-ci ildə Azərbaycanın
Ermənistan üzərində qələbəsində vacib rol oynayıb.

“İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan PUA-ları kəşfiyyat,
artilleriya və raket bölmələrinin hədəflərinə yönəltmə, operativ
vəziyyətin ümumi görüntüsünün əldə olunması üçün istifadə edirdi.
Dronlardan əldə olunan məlumatların koordinasiyasının parlaq
nümunəsi kimi erməni qoşunlarının Xocavənddə istifadə etdikləri
hava hücumundan müdafiə sisteminin dəqiq zərbə ilə məhv edilməsini
qeyd etmək olar”, – məqalədə deyilir.

Məqalədə, həmçinin vurğulanır ki, Azərbaycan taktiki silah hesab
olunan pilotsuz uçuş aparatlarını operativ və strateji səviyyədə
səmərəli istifadə edib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: