PSJ rekord sayda Messinin soyadı olan futbolka satıb

Argentinalı hücumçu Lionel Messinin PSJ-yə transferi argentinalının soyadı olan futbolkaların satışında rekordla yadda qalıb.

AzerTimes-ın “Goal”a istinadən verdiyi məlumata görə, bunu klubun direktorlarından biri Mar Armstronq deyib.

Onun sözlərinə görə, L.Messi kluba keçdikdən sonra PSJ rekord sayda argentinalının soyadı olan futbolka satıb. Ümumilikdə təxminən bir milyona yaxın futbolka satılıb.


Mar Armstronq vurğulayıb ki, pandemiyanın nəticələri olmasaydı, bu rəqəm daha çox ola bilərdi.

Həmçinin L.Messinin transferi parislilərə yeni tərəfdaşlar və sponsorlar cəlb etməyə imkan verib. M.Armstronq qeyd edib ki, argentonalı hücumçunun “Barselona”dan PSJ-yə transferi ilə bağlı xəbərlərin təsdiqlənməsindən dərhal sonra əməkdaşlıq təklifləri gəlməyə başlayıb. “Autohero”, “Crypto.com”, “Smart Good Things” kimi brendlərlə müqavilələr imzalanıb.

Teqlər: