BMT Baş Assambleyasının sədri koronavirusa yoluxub

BMT Baş Assambleyasının 76-cı sessiyasının sədri Abdulal Şahid (Maldiv adalarının nümayəndəsi) koronavirusa yoluxub.

AzerTimes-ın məlumatına görə, bunu BMT Baş Assambleyasının sədrinin rəsmi nümayəndəsi Polina Kubiyak deyib.

Onun sözlərinə görə, A.Şahiddə koronavirusun yüngül simptomları müşahidə edilir.

“Baş Assambleyanın sessiyasının sədri Abdulla Şahid bu gün koronavirusun müəyyən eidlməsi üzrə tes verib və testin nəticəsi müsbət çıxıb. Sədrdə koronavirusun yüngül simptomları müşahidə edilir və o həkimlərin məsləhəti ilə özünü təcrid edib”.

Qeyd edək ki, Abdulla Şahid koronavirusa qarşı tam peyvənd olunub və ötən həftə “buster” dozasını da qəbul edib.