Prezidentin yeni – 11-ci köməkçisi kimdir? – Dosye

Prezidentin yeni – 11-ci köməkçisi kimdir? – Dosye

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev özünə yeni köməkçi təyin edib. Prezidentin yeni köməkçisi Andrey Vladimiroviç Sipilin həm də Prezident Administrasiyasında yaradılan Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri vəzifəsində çalışacaq. Bu təyinatdan sonra İlham Əliyevin köməkçilərinin sayı 11 nəfərə çatıb.

AzerTimes Andrey Sipilinin tərcümeyi-halını təqdim edir:

A.Sipilin 1995-99-cu illərdə Heydər Əliyev adına Siyasi Elmlər Akademiyasında, 2000-2002-ci illərdə Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, 2000-2004-cü illərdə isə Bakı Dövlət Universitetində təhsil alıb.

2001-ci ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb.

2004-2006-cı illərdə “McDermott Caspian Contractors Inc” şirkətində müxtəlif vəzifələrdə işləyib.

O, “PAŞA İnşaat” MMC-də İnsan Resursları və İdarəetmə departamentinin direktoru vəzifəsini tutub.

2020-ci ildə Azərbaycanın Birinci vitse-prezidentinə köməkçi təyin edilib və 2022-ci il noyabrın 24-nə kimi həmin postu tutub.

Andrey Sipilin Azərbaycanın tanınmış hüquqşünaslarından olan Ali Məhkəmənin hakimi, milliyyətcə yəhudi olan Tatyana Qoldmanın oğludur.

Teqlər: