Ronaldo tarixə düşdü

Ronaldo tarixə düşdü

Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo ardıcıl 5-ci dünya çempionatında qol vuran ilk futbolçu kimi tarixə düşüb.

AzerTimes xəbər verir ki, o buna Qana ilə dünya çempionatının 1-ci turunun matçında penaltini dəqiq yerinə yetirməklə nail olub.

Daha əvvəl hücumçu 2006, 2010, 2014 və 2018-ci illər keçirilmiş dünya çempionatlarında qol vurmağı bacarıb.

Qeyd edək ki, DÇ-2022-nin H qrupunda keçirilən Portuqaliya – Qana matçı birincilərin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Teqlər: