Prezidenti İlham Əliyev: Təcavüzkar Ermənistan beynəlxalq səviyyədə də cəzalandırılmalıdır, biz təzminat tələb edirik

Təcavüzkar Ermənistan beynəlxalq səviyyədə də
cəzalandırılmalıdır. Əlbəttə ki, təzminat məsələsi var. Biz
təzminat tələb edirik.

Trend xəbər verir ki, bunu Prezidenti İlham Əliyev martın 5-də
BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd
Şərifi qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

“Həmçinin dünyanın erməni barbarlığı haqqında öyrənməyi
vacibdir. Bu, cəzalandırılmalıdır. Biz müharibə zamanı onları elə
cəzalandırdıq ki, onlar bunu heç vaxt unutmayacaqlar, lakin
təcavüzkar beynəlxalq səviyyədə də cəzalandırılmalıdır. Əlbəttə ki,
təzminat məsələsi var. Biz təzminat tələb edirik. Bu məsələni
beynəlxalq arenada qaldırmaqda bizə kömək etmək üçün artıq
beynəlxalq təsisatları, hüquqşünas qrupları cəlb etmişik.
Beləliklə, planlar bundan ibarətdir. Düşünürəm ki, gələn ilin
proqramı üçün biz əməkdaşlığımızı yaranmış bu mühüm reallığa
uyğunlaşdırmalıyıq.

Hazırda minalar səbəbindən keçmiş məcburi köçkünlərin işğaldan
azad edilmiş ərazilərə geri qaytarılması mümkün deyil. Əfsuslar
olsun ki, indiyədək bizdə minalar səbəbindən 200-dən çox insan
həlak olub və ya ağır yaralanıb. Ərazilərin bu minalardan
təmizlənməsi böyük təcrübə və texniki imkanlar tələb edir. Həmçinin
biz geri qayıdacaq insanlar üçün layiqli şərait yaratmalıyıq və
proses başlayıb. Əminəm ki, siz ölkəmizə yenidən səfər edəcəksiniz,
çünki, bu, qlobal miqyasda həqiqətən də çox mühüm məsələdir.
Düşünürəm ki, bizim Livan böyüklüyündə ərazini necə bərpa
edəcəyimiz, işğaldan, dağıntıdan və başqa ciddi problemlərdən
əziyyət çəkən digər ölkələr üçün yaxşı nümunə olacaq. Əminəm ki,
bizim kimi eyni problemlərlə üzləşən və ya üzləşmiş bütün digər
ölkələr üçün nümunə ola bilərik. Bir daha xoş gəlmisiniz. Bizimlə
olduğunuz üçün təşəkkür edirəm”.

Teqlər: