Bilal Ərdoğan Prezident İlham Əliyevə “Liderlik Mükafatı”nı təqdim edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də
Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğanı qəbul
edib.

AzerTimes xəbər verir
ki, qəbul zamanı Bilal Ərdoğan etnoidman növlərinin və oyunlarının
dünya miqyasında tanınmasında, kütləviliyinin artırılmasında
xidmətlərinə, ənənəvi idman növlərinin inkişafı üçün göstərdiyi
liderliyə, fədakar yanaşmasına, idmana və idmançıya daim fəal
dəstəyinə görə Dünya Etnoidman Konfederasiyasının Ənənəvi İdman
Mükafatları çərçivəsində “Liderlik Mükafatı”nı Prezident İlham
Əliyevə təqdim etdi.

Teqlər: