Prezident İtaliya hökumətini qurmağı bu xanıma tapşırdı

Prezident İtaliya hökumətini qurmağı bu xanıma tapşırdı

İtaliya Prezidenti Sercio Mattarella yeni hökuməti formalaşdırmağı sağçı koalisiyanın namizədi Corciya Meloniyə tapşırıb.

AzerTimes xəbər verir ki, İtaliyada hökumətin qurulması ilə bağlı siyasi məsləhətləşmələr yekunlaşıb. S.Mattarella Kuirinale Sarayında sentyabrın 25-də keçirilən seçkilərdə parlamentin hər iki palatasında səs çoxluğu qazanan sağçı koalisiyanın üzvləri – “İrəli İtaliya” Partiyasının rəhbəri Silvio Berluskoni, “İtaliya Qardaşları” Partiyasının sədri Corciya Meloni və “Leqa” Partiyasının lideri Matteo Salvini ilə görüşüb.

İtaliya Prezidenti daha sonra koalisiyanın rəhbəri C.Meloni ilə təkbətək görüş keçirib. Görüşdə S.Mattarella C.Meloniyə yeni hökuməti qurmaq vəzifəsini verib.

Yeni hökumətin üzvləri oktyabrın 22-də and içərək vəzifəyə başlayacaqlar.

Teqlər: