Prezident İlham Əliyevin Ermənistana xəbərdarlığı – “Əsas məsələ”də müzakirə (VİDEO)

Ermənistanda revanşist meyillər təkcə keçmiş hakimiyyət
nümayəndələri tərəfindən yox, eyni zamanda, indiki hakimiyyət
nümayəndələri tərəfindən özünü büruzə verir. Ermənistan rəhbərliyi
və bütövlükdə cəmiyyəti müharibədəki məğlubiyyətindən hələ özünə
gələ bilməyib. Onlara elə bir ciddi psixoloji zərbə vurulub,
psixoloji cəhətdən elə zədələniblər ki, onların indi bütün ideoloji
əsasları darmadağın edilib. Yəni, onların uydurduqları və özləri
inandıqları bütün miflər dağıdılıb. Onu biz 44 gün ərzində
göstərmişik.

AzerTimes-ın məlumatına görə, Ətayə Ələmdarqızının təqdimatında
AzTV-nin “Əsas məsələ” verilişində “Prezidentin Ermənistana
xəbərdarlığı, Ermənistanın sülhü pozma cəhdləri” mövzusunda
aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin
qonaqları siyasi şərhçilər – Sahil İskəndərov, Sahib Məmmədov və
Fərhad Hüseynov mövzu ətrafında müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan
Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=M5qJsRf0xxA

Teqlər: