Böyük Britaniyanın ən zəngin musiqiçilərinin siyahısı açıqlanıb

“The Beatles” rok qrupunun təsisçilərindən biri Pol Makkartni
Böyük Britaniyanın ən zəngin musiqiçisi hesab edilib.

Trend-in
məlumatına görə, “The Sunday Times” qəzetinin dərc etdiyi reytinqə
əsasən, 80 yaşlı P.Makkartninin sərvəti 865 milyon funt sterlinq
(1,08 milyard dollar) məbləğində dəyərləndirilib.

Qeyd olunur ki, onun sərvəti bir ilə 56 milyon dollar artıb.

İkinci yerdə İrlandiyanın U2 rok qrupu yer alıb. Bu qrupun
üzvlərinin ümumi sərvəti 625 milyon funt sterlinq (780 milyon
dollar) təşkil edib. Üçüncü yerdə 495 milyon funt sterlinq (620
milyon dollar) sərvətlə ingiltərəli bəstəkar Endrü Lloyd Vebber
qərarlaşıb.

İlk beşliyi tamamlayan Elton Con 395 milyon funt sterlinq (493
milyon dollar), Stinq 320 milyon funt sterlinq (400 milyon dollar)
sərvətə sahib olub.

Teqlər: