Prezident İlham Əliyev XXI əsrin Ordusunu yaratdı və Zəfərin təməlini qoydu

Azərbaycan Prezidenti İlham Əliyev 21-ci əsrin Ordusunu yaradıb və 44 günlük müharibədə Zəfərin təməlini qoyub.

Bunu Trend-ə Rusiyanın Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib.

“Azərbaycanın 44 günlük müharibədə qazandığı Zəfərin müəllifi Prezident İlham Əliyevdir. Ölkənin ərazi bütövlüyünün bərpasını təmin edə bildikdən sonra Prezident İlham Əliyev Azərbaycanın əsil Milli Qəhrəmanına çevrildi. Qarabağ problemi həll olunub, məsələ bağlanıb. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi ki, bu da unikal haldır. Prezident İlham Əliyev hərbi əməliyyatlarda vacib amil olan güclü iqtisadiyyat yaratmaqla, demoqrafik inkişafı təmin etməklə, 21-ci əsrin ordusunu qurmaqla bu Zəfərin əsasını qoydu. Prezident İlham Əliyev müasir liderdir. Bu müasirlik ona modern ordu yaratmaqda kömək etdi. Onun yaratdığı 21-ci əsr ordusu Ermənistanın 20-ci əsr ordusunu sözün əsl mənasında məhv etdi”, – deyə o bildirib.

O vurğulayıb ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan generallarının qarşısında hədəflər qoyduqdan və resurslar təqdim etdikdən sonra onlar bu Zəfəri bilavasitə təmin etdilər.

“Prezident İlham Əliyev mütərəqqi rəhbərdir. Bu proqressivliyi biz çox şeydə görürük. Biz bu proqressivliyi Bakının mərkəzinin necə gözəl inşa olunmasında görürük. Bu şəhər əslində müasir memarlıq muzeyidir. Biz bu tərəqqini müasir dövrün ən kəskin problemlərinin müzakirə olunduğu Bakı Benəlxalq Humanitar Forumunun təşkilində, müasir incəsənət sərgilərinin keçirilməsində, parlaq şəxsiyyətlərin, Nobel laureatlarının səfərlərində görürük. Sivilizasiyaların kəşişməsində yerləşməklə Bakı müasir mədəniyyətin mərkəzinə çevrilib. Biz bu öncüllüyü diplomatik sülhməramlılıq üçün yaradılan imkanlarda görürük, çünki məhz Bakıda Rusiya və ABŞ baş qərargah rəislərinin rəhbərləri müzakirələr keçirir. Bu da İlham Əliyevin böyük diplomat kimi nailiyyətidir. Bu, nəhəng diplomatik istedaddır. Mən uzun müddət Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda dərs demişəm və fəxr edirəm ki, Prezident İlham Əliyev məhz bu ali tədris müəssisəsini bitirib, orada dərs deyib və bir neçə dəfə məzunların görüşlərini təşkil edib. O, ağıllı və müasir lider, 21-ci əsrin rəhbəridir”, – S.Markov deyib.

Teqlər: