Azad edilmiş ərazilərdə mədəniyyətimizin bərpası davam etdirilir – Anar Kərimov

Xəbər - Elçin Mehdiyev – Trend:

İşğaldan azad edilmiş ərazilərimizdə mədəniyyətimizin bərpası missiyası uğurla davam etdirilir.

AzerTimes-ın məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov “Azərbaycanın inkişaf modeli: Dünən, bu gün və sabah” mövzusunda keçirilən konfransda deyib.

A.Kərimov qeyd edib ki, Azərbaycanın Vətən müharibəsində qələbəsindən sonra Prezident İlham Əliyevin verdiyi ilk qərarlardan biri Şuşanın mədəniyyət payaxtı elan edilməsi idi:

“Bu özlüyündə çox böyük mesaj idi ki, Azərbaycan Qarabağa öz mədəniyyəti ilə qayıdır. Azərbaycan Qarabağa təkcə enerji, iqtisadi layihələrlə deyil, eyni zamanda yumşaq güclə qayıdıb”, – deyə A.kərimov bildirib.

O qeyd edib ki, Vətən müharibəsində qələbədən sonra Azərbaycan yeni mərhələyə qədəm qoyub:

“Mədəniyyətimizi müstəqilliyimizin bir təzahürü kimi inkişaf etdirməliyik. Mədəniyyətin iqtisadi inkişafa töhfəsi gücləndirilməlidir”, – deyə nazir bildirb.

Teqlər: