Prezident İlham Əliyev Rusiyanı ən yaxşı tanıyan liderlərdən biridir – Rəcəb Tayyib Ərdoğan

Prezident İlham Əliyev Rusiyanı ən yaxşı tanıyan liderlərdən
biridir.

Trend-in “TRT Haber”ə istinadən məlumatına
görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Brüssel
səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

“Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə bir günlük
səfəri zamanı əsas mövzumuz Rusiya və Ukrayna oldu. O, həm də
Rusiyanı ən yaxşı tanıyan liderlərdən biridir. Onun cənab Putinlə
münasibətləri hamıya məlumdur. O, bu müharibənin ən yaxşı
təhlilçilərindən biridir. Onunla bu haqda çox açıq və aydın
danışmaq imkanımız oldu”, – R.T.Ərdoğan deyib.

Teqlər: