AYİB Qaradağ GES-in tikintisi üçün kredit ayıra bilər

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Bakının Qaradağ
rayonunda 230 meqavatt gücündə günəş elektrik stansiyasının
tikintisi və işlənməsi layihəsinə 51 milyon dollar məbləğində
uzunmüddətli kredit ayıra bilər.

Trend bu barədə
AYİB-ə istinadən məlumat verir.

Qeyd olunur ki, bankın Direktorlar Şurası kreditin təsdiq
olunması məsələsini aprelin 27-də müzakirə edəcək.

Xatırladaq ki, martın 15-də Bakıda Azərbaycanla “Masdar” şirkəti
(BƏƏ) arasında bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq
üzrə dörd anlaşma memorandumu imzalanıb. İmzalanan sənədlər
çərçivəsində yaxın 1,5 il ərzində Bakının Qaradağ rayonunda 230
meqavatt gücündə günəş elektrik stansiyasının tikintisi
planlaşdırılır. Bu elektrik stansiyasının tikintisi qaz istehlakını
110 milyon kubmetr azaltmağa imkan verəcək. Bundan başqa, stansiya
ildə tullantıların həcmini 200 min tonadək azaltmağa imkan verəcək.
İlkin mərhələdə Qaradağ Günəş Elektrik Stansiyasının istismara
verilməsi 700 iş yerinin yaradılmasına xidmət edəcək. Stansiya
yüksək texnologiyalar əsasında inşa olunacağı üçün əlavə olaraq
30-a yaxın iş yeri də açıla bilər.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: