Prezident İlham Əliyev: Rusiya ilə çox sıx işləyirik, Ukrayna ilə də bizim münasibətlərimiz inkişaf edir

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Rusiya
Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS
agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin
rəhbərləri ilə görüşü zamanı deyib.

Dövlət başçısı bildirib:

“Rusiya ilə Ukrayna arasında vəziyyət barədə də bunu demək olar.
Hər şey o qədər təzədir ki, hələ aparıcı paytaxtlardan biz yalnız
təbii ki, büsbütün zidd bəyanatlar görürük. Vəziyyətin necə cərəyan
edəcəyini deməyə çətinlik çəkirəm. Rusiyaya qarşı da sanksiyalar
nədən ibarət olacaq? Axı, Qərb hələ də bunları elan etməyib. Yəni,
hansısa eyhamlar edilir.

Mən eşitdim ki, sanksiya elan etmək istəmirlər, guya hesab
edirlər ki, bu, onların elan olunmamasının qarşısının alınması
amili ola bilər, elan isə onların nöqteyi-nəzərindən əl-qolu
açacaq. Lakin bu, sizin kimi mənim də həm Rusiya televiziyasına,
həm Türkiyə televiziyasına, həm də Britaniya televiziyasına, mənim
linqvistik bacarıqlarım imkan verdiyi qədər baxaraq çıxardığım elə
həmin təhlildir. Mən hansısa analogiyalar və analiz, vəziyyəti
bilmək nöqteyi-nəzərindən sizdən çox məlumata malik deyiləm, çünki
biz Rusiya ilə çox sıx işləyirik, Ukrayna ilə də bizim
münasibətlərimiz inkişaf edir. Nəyisə təxmin edə bilərəm, lakin
əminəm ki, dediyim kimi, bilavasitə cəlb edilənlər hər şeyi
proqnozlaşdıra bilməzlər. Bunun üçün planları bilmək lazımdır.
Bunun üçün Rusiya rəhbərliyinin planlarını, Ukrayna rəhbərliyinin
planlarını, imkanlarını bilmək lazımdır. Biz Qərbin reaksiyasını o,
praktik müstəviyə – bəyanatlardan fəaliyyətə keçəndə təxmin edə
bilərik. Hələ ki, bütün bunları proqnozlaşdırmaq çox çətindir,
lakin birmənalıdır ki, bu, uzunmüddətli prosesin başlanğıcıdır.
Birmənalıdır ki, Rusiya Federasiyasının Prezidenti bu qərarı qəbul
edəndə, yəqin düşünürəm ki, o da bu prosesin uzun olduğunu nəzərə
alıb. Mən hesab edirəm ki, Rusiya özünün potensialı, coğrafiyası,
imkanları ilə istənilən növ sanksiyaya davamlıdır. Bu, mənim şəxsi
fikrimdir və bu, Rusiyaya tətbiq edilmiş həmin sanksiyalarla təsdiq
edilir. Əslinə baxanda həmin sanksiyalar Rusiya istehsalçılarına
idxaldan asılılığı azaltmaqda kömək etdi. Yəni, mən birmənalı
əminəm ki, sanksiya yolu səmərəsizdir. Əlbəttə, o, Rusiya
iqtisadiyyatına sözsüz ki, zərər vuracaq. Prezident Putin bu qərarı
qəbul edəndə, yəqin ki, o, bunun hamısını hesablayıb. Lakin bu,
həmin sanksiyaları tətbiq edənlərə də birmənalı şəkildə zərər
vuracaq. Çünki ixrac üçün, özü də yüksək texnologiya məhsulları
üçün ikinci belə perspektivli bazar tapmaq çətindir. Bu, mənim deyə
biləcəyim maksimum bundan ibarətdir. Bu mövzunu 30 il ərzində bizə
hər zaman çağırış edilən məlum ifadələrlə bitirmək istəyirəm:
“Bütün məsələləri sülh yolu ilə həll etmək lazımdır”. Biz bunu 30
il eşitdik, 30 il çalışdıq, lakin heç nə alınmadı. Buna görə də,
əlbəttə, istərdik ki, hər şey sülh yolu ilə həll edilsin, lakin bu,
həyatda, təəssüf ki, heç də hər zaman, mümkün olmur”.

Teqlər: