Prezident İlham Əliyev Polşa Prezidentini təbrik edib

Prezident İlham Əliyev Polşa Prezidenti Andjey Dudaya təbrik
məktubu göndərib.

AzerTimes-ın məlumatına görə,
məktubda deyilir: “Hörmətli cənab Prezident,

Polşa Respublikasının milli bayramı – Konstitusiya Günü
münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və
Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı
çatdırıram.

Azərbaycan-Polşa ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin
bugünkü səviyyəsi məmnunluq doğurur. Daim genişlənən siyasi,
iqtisadi və humanitar əlaqələrimiz, yüksək səviyyəli qarşılıqlı
səfərlər, müxtəlif sahələrdə səmərəli əməkdaşlığımız
münasibətlərimizin məzmununu real şəkildə əks etdirir.

İnanıram ki, ölkələrimiz arasında istər ikitərəfli qaydada,
istərsə də Avropa İttifaqı çərçivəsində fəal və qarşılıqlı faydalı
əməkdaşlıq bundan sonra da birgə səylərimizlə müvəffəqiyyətlə davam
edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Polşa
xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

Teqlər: