Prezident İlham Əliyev Pakistanın yeni Baş nazirini təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Zati-aliləri cənab
Şahbaz Şərifə

Hörmətli cənab Baş nazir,

Pakistan İslam Respublikasının Baş naziri vəzifəsinə
seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Möhkəm dostluq və qardaşlıq, strateji tərəfdaşlıq səviyyəsində
olan Azərbaycan-Pakistan əlaqələrinin bugünkü səviyyəsi məmnunluq
doğurur. İnanıram ki, ikitərəfli və çoxtərəfli qaydada
əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra
da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə cansağlığı, xoşbəxtlik, qardaş Pakistan İslam
Respublikasının rifahı naminə məsul fəaliyyətinizdə uğurlar
arzulayıram.

Teqlər: