Azərbaycanda 15 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 15 yeni
yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən
məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət
çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 792 320 nəfərin koronavirus
infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 440
nəfər müalicə olunaraq sağalıb, 9 705 nəfər vəfat edib, aktiv xəstə
sayı 175 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi
ilə əlaqədar 4 008, ötən müddət ərzində isə ümumilikdə 6 759 211
test aparılıb.

Teqlər: