Prezident İlham Əliyev: Müharibə başa çatsa da, bizə qarşı olan ərazi iddiaları hələ ki, başa çatmayıb

Biz bütün dünyaya sübut etdik ki, 21-ci əsrdə necə müharibə
aparmaq lazımdır, ləyaqətlə müharibə aparmaq lazımdır, müasir
üsullarla müharibə aparmaq lazımdır. Cəmi 44 gün ərzində Ermənistan
ordusu tamamilə məhv edildi. Budur, xalqımızın böyüklüyü,
xalqımızın qələbəyə inamı, xalq-iqtidar birliyi və bütün dünya
azərbaycanlılarının birliyi.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Dünya
Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib.

Dövlətimizin başçısı xatırladıb ki, Ermənistan ordusunda
müharibə zamanı kütləvi fərarilik hökm sürürdü. Onların özlərinin
etirafına görə, on min fərari olub. Azərbaycan Ordusunda isə bir
dənə də fərari olmayıb.

“Mən bilirəm ki, siz və sizin kimi milyonlarla xaricdə yaşayan
azərbaycanlı hərə öz ölkəsində müharibənin gedişatını yaxından
izləyirdi. Eyni zamanda, öz çıxışlarınızda, şərhlərinizdə, sosial
şəbəkələrdə və digər imkanlardan istifadə edərək, Azərbaycanın haqq
səsini, haqq işini yaşadığınız ölkələrin ictimaiyyətinə
çatdırırdınız. Buna bu gün də ehtiyac var. Çünki müharibə başa
çatsa da, bizə qarşı olan ərazi iddiaları hələ ki, başa çatmayıb.
Mən əminəm ki, bu da başa çatacaq. Əminəm ki, biz postmüharibə
dövründəki göstərdiyimiz səylər nəticəsində və bundan sonra
göstərəcəyimiz səylər nəticəsində Ermənistanın və dünya
erməniliyinin Azərbaycana qarşı ərazi iddialarını da aradan
götürəcəyik”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

Teqlər: