Banklarda əhalinin əmanətləri 10 milyard manatı ötüb

2022-ci ilin yanvar-mart aylarında Azərbaycan əhalisinin
banklardakı əmanətlərinin ümumi həcmi ötən ilin eyni dövrü ilə
müqayisədə 27,3 faiz artaraq 10,372 milyard manat təşkil edib.

Trend bu barədə Mərkəzi Bankın hesabatına
istinadən məlumat verir.

Ölkə üzrə bank əmanətlərinin 90,35 faizi (9,371 milyard manat)
Bakı şəhərinin, təxminən 10 faizi (990,9 milyon) regionların payına
düşüb.

Martın 31-ə olan vəziyyətə görə, əmanət orta illik dərəcəsi 3,15
faiz, Bakı şəhərində 2,97 faiz təşkil edib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: