Prezident İlham Əliyev: Moskva Bəyannaməsi uzun illər boyu aparılmış çox ciddi işin nəticəsidir


Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında
müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə
nin adının
özü çox şeydən xəbər verir. Bu, artıq dediyim kimi, qarşılıqlı
fəaliyyətin səviyyəsinin artırılması üzrə uzun illər boyu aparılmış
çox ciddi işin nəticəsi, Rusiya və Azərbaycan nümayəndələrindən
ibarət qrupun bir ildən artıq müddətdə, – keçən ilin yanvar
ayından, – bu Bəyannamənin mətni üzərində konkret işinin
nəticəsidir.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Rusiya
Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS
agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin
rəhbərləri ilə görüşü zamanı deyib.

Dövlət başçısı bildirib:

“Mənim fikrimcə, elədir. Bu, müqavilədən yüksəkdir, ona görə ki,
yadımdadırsa müqavilə dostluq, əməkdaşlıq və təhlükəsizlik haqqında
idi, lakin o, müttəfiqlər kimi münasibətlərin formatını müəyyən
etmirdi. Uzun illər boyu Rusiya ilə Azərbaycan arasında
münasibətləri mən də, Prezident Putin də strateji tərəfdaşların
münasibətləri kimi xarakterizə etmişik. Münasibətlərin indiki
formatı ali formatdır. Yəni, bundan yüksək format praktiki olaraq
yoxdur. Dövlətlərarası münasibətlərdə bu, belə demək mümkünsə,
aysberqin zirvəsidir. Mən tapşırıq vermişəm, Azərbaycanın Xarici
İşlər Nazirliyi Bəyannamənin tam mətnini öz saytında yerləşdirib
ki, hər kəs onunla tanış ola bilsin. Mənim dünən qeyd etdiyim kimi,
orada 43 bənd var. Əlbəttə, bütün bəndləri şərh etmək həddən artıq
vaxt aparar. Bir də ki, buna ehtiyac yoxdur, baxmaq olar. Lakin bu
Bəyannamənin adının özü çox şeydən xəbər verir. Bu, artıq dediyim
kimi, qarşılıqlı fəaliyyətin səviyyəsinin artırılması üzrə uzun
illər boyu aparılmış çox ciddi işin nəticəsi, Rusiya və Azərbaycan
nümayəndələrindən ibarət qrupun bir ildən artıq müddətdə, – keçən
ilin yanvar ayından, – bu Bəyannamənin mətni üzərində konkret
işinin nəticəsidir. Bəyannamə həyat fəaliyyətinin praktiki olaraq
bütün sahələrini ehtiva edir. Əlbəttə, bu Bəyannaməni müxtəlif
istiqamətlər üzrə konkret sazişlərlə möhkəmlədəcək silsilə sənədlər
də işlənib hazırlanma mərhələsindədir”.

Teqlər: