Prezident İlham Əliyev: Ermənistanın kapitulyasiya aktına imza atmaq mənim həyatımda ən qürurlu hadisədir

Ermənistanın kapitulyasiya aktına imza atmaq mənim həyatımda ən
qürurlu hadisədir.

Trend xəbər verir ki, bunu Prezident, Müzəffər Ali Baş Komandan
İlham Əliyev hərbi hissənin şəxsi heyəti qarşısında çıxışı zamanı
deyib.

Dövlət başçısı bildirib:

“Azərbaycan Silahlı Qüvvələrinin tarixi Zəfəri bizim tariximizdə
əbədi qalacaq. Biz müzəffər xalq kimi, qalib dövlət kimi bundan
sonra əbədi yaşayacağıq. Bu sevinci bizə bəxş edən bizim
övladlarımız, əsgər və zabitlərimiz olub. Bütün Silahlı Qüvvələr bu
Qələbənin əldə olunmasında öz dəyərli töhfəsini vermişdir və cəmi
44 gün ərzində tarixi Zəfər əldə olundu, düşmən bizim qabağımızda
diz çökdü və məcbur oldu öz əli ilə kapitulyasiya aktına imza atdı.
Bu, tariximizin və mənim həyatımda bəlkə də ən yaddaqalan, ən
sevincli, ən qürurlu anlardan biridir, bəlkə də birincisidir.
Ermənistanın kapitulyasiya aktına imza atmaq mənim həyatımda ən
qürurlu hadisədir”.

Teqlər: