Prezident İlham Əliyev: Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi olmalıdır

Əlbəttə ki, Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi
olmalıdır.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Ağdam Cümə
məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanış
olduqdan sonra çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

“Artıq Ağdama və Şuşaya avtobus marşrutları təşkil edilib.
Ağdamlılar, şuşalılar və digər bölgələrdən olan vətəndaşlar
gəlirlər, tanış olurlar və öz gözləri ilə görürlər ki, bizim
xalqımız hansı bəla ilə üz-üzə idi. Otuz il ərzində məqsədyönlü
şəkildə bütün şəhərlərimiz, kəndlərimiz, məscidlərimiz,
qəbiristanlıqlarımız ermənilər tərəfindən dağıdılıb. İmarət
ermənilər tərəfindən dağıdılıb, təhqir edilib. İndi bəziləri
gələcək barışıq haqqında danışırlar. Əlbəttə ki,
Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi olmalıdır.
Beynəlxalq hüququn norma və prinsipləri əsasında qarşılıqlı surətdə
ölkələrin ərazi bütövlüyünü tanımaq şərtilə bu sülh müqaviləsi
imzalanmalıdır. Mən də onu demişəm. Ancaq heç vaxt Azərbaycan xalqı
bu vəhşiliyi unutmamalıdır. Heç kim bu vəhşiliyi
unutmamalıdır”.

Teqlər: