Dayısının məzarından oğurluq edən şəxs saxlanılıb

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin
qanunsuz dövriyyəsində şübhəli bilinən 11 nəfər rayon sakini
saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, aparılan
araşdırmalarla onlardan üçünün oğurluq əməlinin də üstü açılıb.

Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış
tədbirləri nəticəsində avtomobillərdən oğurluq etməkdə şübhəli
bilinən rayon sakini, əvvəllər məhkum olunmuş B.Verdiyev
saxlanılıb. Araşdırmalarla onun ayrı-ayrı vaxtarda və rayonun
müxtəlif ərazilərində 7 avtomobildən maqnitafon oğurladığı müəyyən
edilib.

Şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış
tədbirləri nəticəsində isə Lənkəran rayonunun Kərgəlan kənd
qəbristanlığından dayısınının məzarının ətrafına çəkilmiş 200 manat
dəyərində dəmir məhəccərləri oğurlayan R.Mirzəyev və rayon
ərazisindəki evlərdən birindən 340 manat pul oğurlayan R.Mahmudov
saxlanılıblar. Şəxsi axtarış zamanı hər üç şəxsin üzərindən
narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Bundan əlavə Lənkəran ŞRPŞ-nin əməkdaşlarının narkotik
vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi ardıcıl
əməliyyat-axtarış tədbirləri nəticəsində daha 8 nəfər rayon sakini
– N.Mustafayev, N.Ağayev, A.Həsənzadə, N.Məmmədov, V.Rəcəbov,
V.Babayev, A.Bayramzadə və R.Nəsirov saxlanılıb. Şəxsi axtarış
zamanı hər birinin üzərindən hazır bükümlərdə qablaşdırılmış heroin
aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Teqlər: