Prezident İlham Əliyev Emmanuel Makronu təbrik edib

Prezident İlham Əliyev Fransa Respublikasının Prezidenti
Emmanuel Makrona təbrik məktubu göndərib.

AzerTimes-ın məlumatına görə,
məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Fransa Respublikasının Prezidenti vəzifəsinə yenidən
seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Bu il Azərbaycan ilə Fransa arasında diplomatik münasibətlərin
qurulmasının 30 illiyi qeyd olunur. İqtisadiyyat, energetika, o
cümlədən neft-qaz yataqlarının istismarı, mədəniyyət, təhsil və
qarşılıqlı maraq doğuran bir sıra digər sahələrdə uğurlu əməkdaşlıq
əlaqələrimizi şərtləndirən başlıca amillərdəndir. Bu əməkdaşlığın
bundan sonra da xalqlarımızın mənafeyi naminə birgə səylərimizlə
davam etdiriləcəyinə inanıram.

Ümidvarıq ki, hazırda Avropa İttifaqına sədrlik edən Fransa
Respublikası Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin
olunması məqsədilə Ermənistan ilə Azərbaycan arasında
münasibətlərin normallaşdırılması, tərəfimizdən təqdim edilən beş
prinsip əsasında ölkələr arasında sülh müqaviləsinin hazırlanması
prosesinə öz dəstəyini verəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, qarşıdakı fəaliyyətinizdə
müvəffəqiyyətlər diləyirəm”.

Teqlər: