Prezident İlham Əliyev diasporumuzu Şuşaya toplamaqla növbəti şanlı tarix yazır – Elşad Həsənov (FOTO/VİDEO)

Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi
böyük tarixi hadisədir. Dünyanın hər yerindən soydaşlarımızın
Qarabağda toplaşması, diaspor nümayəndələrinin Şuşadakı qurultaya
qatılması hər birimizi sevindirir. Qələbəmizlə bir daha fəxr
edirik. Bütün dünyanın diqqəti Qarabağa, mədəniyyət mərkəzimiz olan
Şuşaya yönəlib. Prezident İlham Əliyev diasporumuzu Şuşaya
toplamaqla növbəti şanlı tarix yazır. Bu, son dərəcə
qürurvericidir.

Bu fikirləri Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif
layihəsinə müsahibəsində Birinci Qarabağ müharibəsinin veteranı,
siyasi ekspert Elşad Həsənov bildirib.

E.Həsənov qeyd edib ki, belə bir əhəmiyyətli tədbirin Şuşada
keçirilməsinin böyük rəmzi mənası var: “Biz bütün dünyaya
göstəririk ki, güclü ölkəyik, qəhrəman xalqıq. Torpaqlarımızı da öz
gücümüzlə azad etmişik. İndi isə dünya azərbaycanlıları Qarabağa –
Şuşada Zəfərimizin ətrafına yığışıb. Bu sevincli günləri bizə
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev yaşadır.
Qələbələrimizin müəllifi odur. Prezident İlham Əliyev Azərbaycan
dövləti qarşısında elə müstəsna xidmətlər göstərib ki, dünyada
tayı-bərabəri yoxdur. Biz, İlham Əliyevin rəhbərliyi ilə döyüş
meydanlarında düşmənə diz çökdürdük, həm də erməni disaporunu
darmadağın etdik, onların əsl mahiyyətini dünyaya çatdırdıq”.

E.Həsənov ulu öndər Heydər Əliyevin Azərbaycan diasporunun
formalaşmasındakı danılmaz rolundan, son illər Prezident İlham
Əliyevin ciddi nəzarəti ilə diaspor fəaliyyətinin daha da inkişaf
etməsi və güclənməsindən, qarşıda duran vəzifələrdən danışıb:
“Şuşada keçirilən qurultay qarşıya yeni hədəflər qoyur, yeni
vəzifələr müəyyənləşdirir. Biz arxayınlaşmamalıyıq, fəaliyyətimizi
daha dinamik qurmalıyıq. Erməni diasporunun yenidən baş
qaldırmasına imkan verməməliyik”.

Müsahibənin videovariantını təqdim edirik:

Teqlər: