Mədəniyyət xadimlərinə dəstək fondu nə zaman yaradılacaq?

Mədəniyyət Nazirliyi yanında, tabeliyində yeni müəssisələrin
yaradılması məsələsi və yaxud hansısa müəssisənin ləğv edilməsi
kompleks islahatlar çərçivəsində həyata keçirilir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Mədəniyyət
Nazirliyindən bildirilib.

Qeyd edilib ki, sözügedən fond mövzusu da kompleks islahatlar
məsələsinə aiddir.

“Bu uzun müddətli bir hədəfdir. Konkret müddət təyin olunmur.
Ümumi islahatlar çərçivəsində bu məsələyə baxılır”, – deyə əlavə
edilib

Teqlər: