Prezident İlham Əliyev: Çox vacibdir ki, tarixi məqamlar daim diaspor təşkilatlarının gündəliyində olsun

1980-ci illərin sonlarında başlamış separatizm meyilləri faktiki
olaraq Qarabağın böyük hissəsini Azərbaycandan qopardı. Hələ Sovet
İttifaqı dövründə bunu etdilər. Xüsusi idarəetmə komitəsi yaradıldı
və Moskvadan bir ermənipərəst adam təyin olundu.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Dünya
Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib.

“Ondan sonrakı tarix də bəllidir. Bax, bizim xalqımız iki əsr
ərzində bütün bu iztirablardan keçib və nəhayət, öz sözünü deyib.
Nəhayət, “dəmir yumruq”la düşmənin başını əzib, tarixi ədaləti və
milli ləyaqəti bərpa edib. Ona görə, bax, çox vacibdir ki, bu
tarixi məqamlar daim diaspor təşkilatlarının gündəliyində olsun”, –
deyə dövlətimizin başçısı vurğulayıb.

Teqlər: