“Bakcell”dən Şuşada pulsuz Wi-Fi (FOTO)

Bakcell şirkəti Şuşada pulsuz Wi-Fi xidmətini istifadəyə verib.
İndi Bakcell abunəçiləri Şuşanın Cıdır düzü, Qarabağ hoteli və Şuşa
TV stansiyası ərazilərində bu xidmətdən yararlana bilərlər.

Həyata keçirilən quruculuq və bərpa işləri ilə əlaqədar hər gün
daha çox insanın Şuşaya səfər etdiyini və şəhərdə məskunlaşdığını
nəzərə alan Bakcell “Şuşa ili” tədbirləri çərçivəsində burada öz
abunəçilərinə daha üstün xidmət təqdim edir.

2021-ci ildə Bakcell şəbəkəsi növbəti dəfə Ookla® tərəfindən “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb.

Bakcell Azərbaycanın ən sürətli mobil operatoru standartını
Qarabağda qurulan şəbəkəsinə də tətbiq etməkdədir.