Prezident İlham Əliyev: Bütün dövlət məmurları daim şəhid ailələri ilə bir yerdə olmalıdırlar

Bütün məsələlərdə, məşğulluq, məişət problemləri, ondan sonra
istənilən problem ola bilər insanın həyatında, – bütün dövlət
məmurları, mərkəzi, yerli icra orqanları daim şəhid ailələri ilə
bir yerdə olmalıdırlar, kömək göstərməlidirlər. Bu, bizim
borcumuzdur.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakının
Sabunçu rayonunda Vətən müharibəsində şəxsi igidliyinə və şücaətinə
görə “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur
döyüşçü” medalları ilə təltif edilmiş şəhid Mahir Məmmədovun
ailəsinin qonağı olarkən deyib.

Dövlət başçısı bildirib:

“Bizim əsas borcumuz erməniləri torpaqlarımızdan qovmaq idi və
Mahir kimi övladlarımız buna nail oldular. İndi isə şəhidlərimizin
yaxınlarına diqqət göstərmək hər bir dövlət məmurunun borcudur və
cəmiyyətdə bu məsələ ilə bağlı tam həmrəylik var. Nəinki dövlət
qurumları, istənilən insan çalışır ki, şəhid ailəsinə hansısa bir
kömək göstərsin. Məşğulluqla bağlı. Bizim qazilərimiz də çox olub.
On mindən çox yaralı əsgər-zabitimiz olub. Onların da sağalması
prosesi gedir. Onlar üçün artıq son model olan iki yüz protez
təşkil edilib və onlar normal həyata qayıdıblar. Dövlət öz üzərinə
nə düşürsə etməlidir və edəcək”.

Teqlər: