Prezident İlham Əliyev: Zəfər parkında xatirə kompleksi inşa ediləcək

Zəfər parkı Bakının ən möhtəşəm yerlərinin birində, bəlkə də
birincisində – Dənizkənarı bulvarın önündədir. Orada böyük xatirə
kompleksi inşa ediləcək.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bakının
Sabunçu rayonunda Vətən müharibəsində şəxsi igidliyinə və şücaətinə
görə “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur
döyüşçü” medalları ilə təltif edilmiş şəhid Mahir Məmmədovun
ailəsinin qonağı olarkən deyib.

Dövlət başçısı bildirib:

“. İşlərə yaxın zamanlarda start veriləcək. Hər şəhidin adı
orada həkk olunacaq. Azad edilmiş bütün şəhərlərdə, hər bir şəhərdə
Zəfər muzeyi, İşğal muzeyi yaradılacaq. Yəni, bütün şəhidlərimizin
adı əbədi yaşayacaq. O sevinci onlar bizə bəxş etdilər”.

Teqlər: