Prezident İlham Əliyev: Bu günədək Azərbaycanda yetkin əhalinin 68 faizinə COVID-19 peyvəndin hər iki dozası vurulub

Qoşulmama Hərəkatı pandemiyanın tezliklə aradan qaldırılması və
effektiv bərpa prosesinə imkan yaradacaq beynəlxalq həmrəyliyin
gücləndirilməsi üçün fəal şəkildə səylərini davam etdirməyə
hazırdır.

AzerTimes xəbər verir
ki, bunu Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham
Əliyev BMT Baş Assambleyasının sədrinin təşkil etdiyi yüksək
səviyyəli tematik müzakirələr zamanı videoformatda təqdim olunan
çıxışında bildirib.

Dövlətimizin başçısı Qoşulmama Hərəkatına üzv dövlətlər adından
deyib ki, Hərəkat post-COVID-19 dövrünün bərpa ehtiyacları ilə
bağlı nəticəyönümlü təşəbbüslərlə çıxış edəcək.

Prezident İlham Əliyev çıxışında daha sonra Azərbaycanın
COVID-19 pandemiyasının nəzarətdə saxlanılması üçün həyata
keçirirdiyi təsirli və adekvat tədbirlərdən danışaraq deyib: “Biz
peyvəndlənmə kampaniyasına 2021-ci ilin yanvarında başlamışıq. Bu
günədək ölkədə yetkin əhalinin 68 faizinə peyvəndin hər iki dozası
vurulub. COVID-dən əziyyət çəkmiş əhali və sahibkarlıq
subyektlərinin dəstəklənməsi üçün bu ilin dövlət büdcəsindən 1.6
milyard ABŞ dolları məbləğində maliyyə yardımı ayrılıb”.

Teqlər: