Prezident İlham Əliyev: Azərbaycan pandemiyaya qarşı mübarizə istiqamətində vacib qlobal təşəbbüslərlə çıxış edib

Azərbaycan pandemiya, “peyvənd millətçiliyi” və peyvəndlərdən
istifadə ilə bağlı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr
arasında qeyri-bərabərliyə qarşı beynəlxalq həmrəyliyin
gücləndirilməsi istiqamətində vacib qlobal təşəbbüslərlə çıxış
edib.

AzerTimes-ın
məlumatına görə, bunu Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının
sədri İlham Əliyev BMT Baş Assambleyasının sədrinin təşkil etdiyi
yüksək səviyyəli tematik müzakirələr zamanı videoformatda təqdim
olunan çıxışında deyib.

BMT Baş Assambleyasının Xüsusi Sessiyasının, peyvəndlərdən
bərabər və universal istifadənin təmin edilməsinə dair qətnamələrin
bunun bariz nümunəsi olduğunu söyləyən Prezident İlham Əliyev həmin
təşəbbüsləri dəstəkləmiş bütün üzv dövlətlərə minnətdarlığını
bildirib.

“Həmrəylik əlaməti olaraq, koronavirusla mübarizəni dəstəkləmək
məqsədilə Azərbaycan birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatı
vasitəsilə 80-ə qədər ölkəyə maliyyə və humanitar yardımı etmişdir.
Bununla yanaşı, biz 5 ölkəyə peyvənd ianəsi etmişik və bu iş davam
etdiriləcək. Hazırda biz Qoşulmama Hərəkatına üzv olan 14 ölkəyə
təqribən bir milyon doza peyvəndin ianə edilməsi prosesindəyik”, –
deyə Prezident İlham Əliyev diqqətə çatdırıb.

Teqlər: