Prezident İlham Əliyev: Azərbaycanla Rusiya arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə son illər fəal işimizin çox yaxşı nümayişidir

Azərbaycanla Rusiya arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti
haqqında Bəyannamə bizim ölkələrimiz, qarşılıqlı fəaliyyətimiz və
regional təhlükəsizlik üçün olduqca pozitiv əhəmiyyət kəsb
edəcək.

Trend xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev fevralın 22-də Moskvada Rusiya
Federasiyasının Prezidenti Vladimir Putinlə təkbətək görüşündə
deyib.

Dövlətimizin başçısı bildirib: “Azərbaycanla Rusiya arasında
qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə son illər
bizim fəal işimizin, qarşılıqlı əməkdaşlıq potensialının
yüksəldilməsinin çox yaxşı nümayişidir. Bəyannamə Azərbaycan-Rusiya
qarşılıqlı fəaliyyətinin vacib sahələrini əhatə edir”.

Teqlər: