Prezident İlham Əliyev: Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi bizim əsas prioritetdir

Ümumilikdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi bizim
əsas prioritetdir.

Trend-in
məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda
Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva biznes forumunda çıxışı
zamanı deyib.

“Təbii ki, ənənəvi olaraq enerji sektoru bizim iqtisadiyyatda
aparıcı sektor olub və bu, davam edəcəkdir. Xüsusilə biz indi
Azərbaycan qazını ilk dəfə 2021-ci ilin yanvarından başlayaraq
Avropa İttifaqı da daxil olmaqla müxtəlif məntəqələrə nəql edən
Cənub Qaz Dəhlizinin tikintisini, 3500 kilometr uzunluğunda
birləşdirilmiş çoxsaylı boru kəməri sistemini yekunlaşdırmışıq”, –
deyə Prezident İlham Əliyev bildirib.

Onun sözlərinə görə, bizim iqtisadiyyatın ənənəvi sahəsi olan
neft sektorunun inkişaf etdirilməsi yerli məqsədlər və bir çox
ölkələrin enerji təhlükəsizliyi üçün vacib rol oynamaqda davam
edir.

“Bununla belə, şaxələndirmə bizim əsas hədəfdir. Çünki biz başa
düşürük ki, şaxələndirmə olmadan davamlı iqtisadiyyat yaratmaq üçün
bizim planlar yerinə yetirilməyəcəkdir. Biz bu xüsusda yaxşı
nəticələr görürük. Sizə deyə bilərəm ki, bu ilin dörd ayının
nəticələri ümumi olaraq perspektivlidir. Bizim iqtisadiyyat 7,2
faiz artmışdır. Pandemiyadan sonrakı dövrü düşünsək, bu, çox yaxşı
rəqəmdir. Qeyri-neft sektoru ilə bağlı daha yaxşı rəqəmlər vardır,
hansı ki, burada artım 11,4 faizdir. Bizim çox az xarici borcumuz
vardır – ümumi daxili məhsulun yalnız 12,5 faizi həcmində. Hədəf
onu ümumi daxili məhsulun 10 faizi həcminə qədər azaltmaqdır”, –
deyə dövlət başçısı əlavə edib.

Teqlər: