Prezident İlham Əliyev: Azərbaycanda biznes mühiti investorlar üçün əlverişlidir

Azərbaycanda biznes mühiti investorlar üçün əlverişlidir.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham
Əliyev Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva biznes
forumunda çıxışı zamanı deyib.

“Biz 10 milyardlarla birbaşa xarici investisiyadan məmnunuq.
Xarici şirkətlərin sərmayə portfelinin şaxələndirilməsi də çox
vacibdir. İnvestisiya proqramlarımızın ilkin vaxtlarında əsasən
neft-qaz sektoruna investisiya qoyulurdusa, indi biz bərpaolunan
enerji sahəsində birbaşa xarici investisiyaları görürük. Bu ilin
əvvəlində xarici investorlar ilə 470 meqavat gücündə günəş və külək
elektrik stansiyaları tikmək üçün iki böyük müqavilə imzalanmışdır
ki, bu da əlverişli investisiya mühitinin olmasının
göstəricisidir”, – deyə Prezident İlham Əliyev bildirib.

Teqlər: