Prezident İlham Əliyev: Azərbaycan ilə Misir arasında əlaqələr ikitərəfli və çoxtərəfli qaydada konstruktiv məcrada inkişaf edib

Ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq və
əməkdaşlığın, dövlətlərarası münasibətlərimizin bugünkü səviyyəsi
məmnunluq doğurur və bu münasibətlər bizim üçün çox
əhəmiyyətlidir.

Trend xəbər verir ki, bu fikir Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasının Prezidenti
Əbdülfəttah əs-Sisiyə ölkələrimiz arasında diplomatik
münasibətlərin qurulmasının 30 illiyi münasibətilə ünvanlandığı
təbrik məktubunda yer alıb.

Məktubda qeyd olunub: “Ötən illər ərzində Azərbaycan ilə Misir
arasında əlaqələr ikitərəfli və çoxtərəfli qaydada konstruktiv
məcrada inkişaf etmişdir. Bu mənada Qoşulmama Hərəkatı çərçivəsində
qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızı xüsusi qeyd
etmək istərdim.

İnanıram ki, qarşılıqlı faydalı əməkdaşlığımız birgə
səylərimizlə bundan sonra da dost ölkələrimizin və xalqlarımızın
mənafeyi naminə möhkəmlənəcək və genişlənəcəkdir”.

Teqlər: