Prezident İlham Əliyev: Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirən əsas faktordur

Əlbəttə, çox istəyirik ki, ikinci, üçüncü nəsil azərbaycanlılar
öz mədəniyyətinə bağlı olsunlar. Əlbəttə, bu, o qədər də asan
məsələ deyil.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Dünya
Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib.

Dövlətimizin başçısı diqqətə çatdırıb ki, xaricdə yaşayan
soydaşlarımız ilk növbədə Azərbaycan dilini bilməlidirlər. Təkcə
ailələrdə Azərbaycan dilini yaşatmaq kifayət deyil.

“Ona görə biz Azərbaycan məktəblərinin açılmasına da hər zaman
kömək göstərməyə hazırıq. Əslində bunu edirik. Bəlkə də bunu daha
da təşkilatlanmış şəkildə etmək lazımdır. Çünki Ana dili əsas
faktordur. Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir”, –
deyə Prezident İlham Əliyev vurğulayıb.

Teqlər: