Sumqayıt Kimya Sənaye Parkının rezidenti Avropaya məhsul ixracına başlayıb

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində
olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Alco” MMC Avropa
ölkələrinə – Almaniya, İtaliya, İngiltərə, Rumıniya və Bolqarıstana
– sürtgü yağları və radiator mayesinin ixracına başlayıb.

Agentlikdən AzerTimes-a verilən
məlumata görə, şirkət tərəfindən bu ölkələrə ilkin mərhələdə 2 min
tondan çox məhsul göndərilib və növbəti mərhələdə bunun 10 min tona
çatdırılması planlaşdırılır.

Qeyd edək ki, “Alco” MMC 2016-cı ildə Sumqayıt Kimya Sənaye
Parkının rezidenti kimi qeydiyyata alınıb. İnvestisiya dəyəri 15
milyon ABŞ dolları olan müəssisədə 100-dək işçi çalışır. Müəssisə
fəaliyyətə başlayandan 2021-ci ilin sonunadək 36 min tondan çox
məhsul istehsal edilib ki, bunun da 6 min tonu daxili bazarda
satılıb, 30 min tonu isə ixrac edilib.

İstehsal olunan məhsullar əsasən, Türkiyə, Gürcüstan, Ukrayna,
İraq, Livan, Polşa, Moldova, Türkmənistan və başqa ölkələrə ixrac
edilir.

Teqlər: