Postmüharibə dövründə 3021 şəhidin ailə üzvünə sosial ödəniş təyin edilib

Postmüharibə dövründə 45 min şəxs 50 min sosial dəstək tədbiri
ilə əhatə olunub.

Trend-in məlumatına görə, bu barədə Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2021-ci il üzrə hesabatında
öz əkisini tapıb.

Qeyd edilib ki, 3021 şəhidin (o cümlədən 86 mülki şəhid) 7942
ailə üzvünə 15841 sosial ödəniş (7683 Prezident təqaüdü, 5576
sosial müavinət, 2582 pensiya) təyin edilib və proses hazırda davam
etməkdədir. 2515 müharibə ilə əlaqədar əlilliyi olan şəxsə 5030
sosial ödəniş təyin edilib. 12832 yaralı hərbçi ailəsi ziyarət
edilib, sosial məişət və tibbi ehtiyacları öyrənilib. 2515 nəfərə
əlillik təyinatı aparılıb.

Teqlər: