Ötən il övladlığa verilən uşaqların sayı açıqlanıb

Ötən il ölkədə 114 uşaq (56 oğlan, 58 qız) övladlığa verilib ki,
onlardan hər birini Azərbaycan vətəndaşları övladlığa götürüb.

Trend-in məlumatına görə, bu barədə Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2021-ci il üzrə hesabatında
qeyd edilib.

Bildirilib ki, övladlığa götürülən uşaqlardan 26 uşaq
müəssisədən, 63 uşaq yaxın qohumları tərəfindən, 19 uşaq ögey
ata-ana tərəfindən və 6 uşaq isə valideynlərarası razılıq əsasında
övladlığa götürülənlərdir.

Uçota alınmış valideyn himayəsindən məhrum olan uşaqların ümumi
sayı 1 563 nəfər (944 oğlan, 619 qız) təşkil edib ki, onlardan
1248-i sağlam, 315-i isə sağlamlıq imkanları məhdud uşaqlar olub.
Hesabat dövründə həmin müəssisələrdə valideyn himayəsindən məhrum
olmuş 362 uşaq (218 oğlan, 144 qız) uçota alınıb, onlardan 306-sı
sağlam, 56-sı isə sağlamlıq imkanları məhdud uşaqlar olub.
Reinteqrasiya tədbirləri nəticəsində 89 uşaq ailələrinə
qaytarılıb.

Teqlər: