Portuqaliyada yaşayış evində partlayış baş verib, azı 5 nəfər ağır yaralanıb

Portuqaliyada yaşayış binasında baş verən yanğın və ardınca
partlayış nəticəsində azı 5 nəfər ağır xəsarət alıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, yanğın Viseu
dairəsinin Kanas de Senorin yaşayış məntəqəsində baş verib.

Xəsarət alanlar Milli Qvardiyanın əməkdaşları və partlayış baş
verən zaman yanğını söndürməyə çalışan yanğınsöndürənlərdir.


Hazərda hadisə yerində 70-dən artıq xilasedici və
yanğınsödürənlər fəaliyyət göstərir. Yanğının səbəbləri barədə
məlumat verilmir.

Teqlər: