Polşa dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

Fevralın 16-da Polşa Respublikasının Prezidenti Andjey Duda
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Trend xəbər verir ki, söhbət zamanı Polşa Prezidenti 2019-cu
ildə Azərbaycana rəsmi səfərini məmnunluqla xatırladı.

Prezident İlham Əliyev də bu səfərin uğurlu olduğunu, ikitərəfli
əlaqələrimizin inkişafına töhfə verdiyini vurğuladı.

Telefon danışığı zamanı Azərbaycan ilə Polşa arasında müxtəlif
sahələrdə ikitərəfli əlaqələrin inkişafına dair fikir mübadiləsi
aparıldı.

Polşa Prezidenti ATƏT-in fəaliyyətdə olan sədri kimi Mərkəzi və
Şərqi Avropa regionunda təhlükəsizlik məsələlərinə toxundu və ATƏT
çərçivəsində atılan addımların gərginliyin azaldılmasına xidmət
edəcəyini vurğuladı.

Söhbət əsnasında Ukrayna ətrafında cərəyan edən hadisələrə dair
fikir mübadiləsi də aparıldı.

Teqlər: