Portuqaliyada güclü yanğın: Prezident səfərini təxirə saldı

Portuqaliyada güclü yanğın: Prezident səfərini təxirə saldı

Son dörd gündə Portuqaliya artıq 2.500 hektar ərazini bürümüş yanğınlarla mübarizə aparır.

AzerTimes Portuqaliya Dəniz və Atmosfer İnstitutunun məlumatına istinadən xəbər verir ki, yaxın günlər üçün proqnozlaşdırılan hava şəraiti – güclü külək və yüksək temperatur səbəbindən yanğınlar daha da güclənə bilər. Qarşıdakı günlərdə ölkənin bəzi rayonlarında temperaturun 47 dərəcəyə qədər yüksələcəyi gözlənilir. Havaların quraqlıq keçməsinə görə vəziyyət daha da gərginləşir.

Son günlərdə vəziyyətin pisləşməsi səbəbindən, Baş nazir Antonio Koşta və ölkə Prezidenti Marselu Rebelu di Soza Mozambikə və Nyu Yorka rəsmi səfərlərini təxirə salıblar.

Qeyd edək ki, 2017-ci ilin iyununda güclü meşə yanğınları nəticəsində Portuqaliyada 66 insan həlak olub.

Teqlər: