Ərdoğan Putindən sonra onunla danışdı

Ərdoğan Putindən sonra onunla danışdı

Türkiyə və Ukrayna prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Zelenski arasında telefon danışığı olub.

AzerTimes xəbər verir ki, danışıq zamanı Ərdoğan Ukraynanın taxıl məhsullarının dünya bazarına çıxarılması üçün BMT-nin hazırladığı plan üzərində işləməyə davam etdiklərini bildirib.

Ukrayna ilə Rusiya arasında danışıqlar masasının açıq saxlanılmasının lazım olduğunu bildirən Ərdoğan İstanbul prosesində asanlaşdırma və vasitəçilik də daxil olmaqla, hər cür dəstəyi təqdim etməyə hazır olduqlarını vurğulayıb.

Qeyd edək ki, Ərdoğan daha öncə rusiyalı həmkarı Vladimir Putinlə danışıq aparıb.

Teqlər: