Poqbanın “Mançester Siti”yə keçməkdən imtina etməsinin səbəbi açıqlanıb

“Mançester Yunayted”in və Fransa millisinin yarımmüdafiəçisi Pol
Poqba “Mançester Siti”yə keçməkdən imtina edib.

Trend xəbər
verir ki, bu barədə “The Times” qəzeti yazır.

Nəşr iddia edir ki, 28 yaşlı yarımmüdafiəçi “şəhərlilərin”
düşərgəsinə keçməyə çox yaxın olub, hətta müqavilə belə
razılaşdırılıb. Lakin Poqba son anda “qırmızı şeytanlar”
azarkeşlərinin reaksiyasından çəkinərək fikrini dəyişib və “Siti”yə
keçməyib.

Poqba “Mançester Siti” ilə əlaqə saxlayaraq “Yunayted”dən
ayrılacağı təqdirdə İngiltərədən kənarda oynayacağını bildirib.
Məlumata görə, Turin “Yuventus”u futbolçunun geri dönüşündə
maraqlıdır.

Poqbanın “Mançester Yunayted”lə müqaviləsi 30 iyun 2022-ci ildə
başa çatacaq. O, “qırmızı şeytanların” heyətində 2016-cı ildə
oynamağa başlayıb.

Teqlər: