Polşanın maliyyə naziri istefa verib

Polşanın maliyyə naziri Tadeuş Kosçinski istefa verib.

AzerTimes-ın məlumatına görə, bunu “TVN24” telekanalına açıqlamasında Polşanın hakim “Qanun və Ədalət” partiyasının sədri Anita Çervinskaya deyib.

Onun sözlərinə görə, nazir yeni vergi prinsiplərinin tətbiqi zamanı yol verilən nöqsanlara görə siyasi məsuliyyəti öz üzərinə götürdü.


“Yeni namizəd təyin olunana qədər baş nazir Mateuş Moravetski maliyyə naziri vəzifəsini icra edəcək”, – deyə Anita Çervinskaya bildirib.