Dünyada koronavirusa yoluxanların sayı 394 milyonu keçib

Dünyada koronavirusa yoluxanların sayı 394 milyonu keçib.

AzerTimes-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

Məlumata əsasən, son sutka ərzində koronavirusa 2 235 694 yoluxma halı və 10 826 ölüm halı qeydə alınıb.


Hazırkı dövrədək koronavirusa 394 381 395 nəfər yoluxub. Onlardan 5 735 179 nəfəri vəfat edib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.